525.Az

Azərbaycan əhəng istehsalını 66 faiz artırıb


 

Azərbaycan əhəng istehsalını 66 faiz artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycanda 14,6 min ton əhəng istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66 % çoxdur.

Bu il iyunun 1-nə, ölkədə 6,5 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,6 min ton əhəng istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 47 % azdır.

 





27.06.2026    çap et  çap et