525.Az

Dünən “Qarabağ”da, bu gün “Polesye”də


 

Dünən “Qarabağ”da, bu gün “Polesye”də<b style="color:red"></b>

“Qarabağ”dan ayrılan Leandro Andrade yeni klubu “Polesye” ilə müqavilə bağlayıb.

525.az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kabo-Verdeli 26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Polesye” ötən mövsümü Ukrayna Premyer Liqasında 3-cü yerdə başa vurub. Jitomir klubu növbəti mövsüm UEFA Konfrans Liqasında oynayacaq.

 





27.06.2026    çap et  çap et