525.Az

Superkompüterə görə mundialın favoriti hansı millidir?


 

Superkompüterə görə mundialın favoriti hansı millidir?<b style="color:red"></b>

Futbol üzrə dünya çempionatında pley-off cütlükləri məlum olduqdan sonra, "Opta" superkompüteri turnirin favoritini müəyyənləşdirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Opta"nın hesablamalarına görə, Fransa millisi çempionluğa ən real namizəddir.

Bu komandanın kuboku götürmək şansı 18,7 faiz dəyərləndirilib. İkinci yerdə Argentina millisi yer alıb - 16,3 faiz. İlk "üçlüyü" 13,5 faizlə İspaniya qapayır.

Qeyd edək ki, superkompüter ən az şans Xorvatiya və Ekvador millilərinə verib - cəmi 1 faiz.

L.Tağıyeva

 





29.06.2026    çap et  çap et