525.Az

Səudiyyə Ərəbistanında helikopter qəzası - 14 ölü


 

Səudiyyə Ərəbistanında helikopter qəzası -<b style="color:red"> 14 ölü</b>

Dünən ölkənin qərbində, Ras-Tannura şəhəri yaxınlığında helikopter qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan 14 nəfər həlak olub.

Helikopterin Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco" kompaniyasına məxsus olduğu bildirilir. Həlak olanlar da bu kompaniyanın əməkdaşları imiş. Onların hamısı Səudiyyə Ərəbistanı vətəndaşıdır.

Qeyd edək ki, faktla bağlı araşdırmalara başlanılıb, qəzanın hansı səbəbdən yaşandığı hələlik bəlli deyil.

L.Tağıyeva

 





29.06.2026    çap et  çap et