525.Az

Almaniyada rekord istilər


 

Almaniyada rekord istilər<b style="color:red"></b>

Avropanı ağuşuna alan anomal istilər Almaniyadan da yan keçmir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, həftəsonu ölkə ərazisində rekord istilər qeydə alınıb.

Belə ki, cümə günü Saarbryukken-Burbahda termometrin şkalası 41,3 dərəcəni göstərib. Bu, ölkə tarixində rekord göstərici olub. 1 gün sonra rekord yenilənib - 41,5 dərəcə.

Yeri gəlmişkən, Berlində istilərə mübarizəyə polis qüvvələri də cəlb olunub. İstirahət günləri polislər su şırnaqları ilə küçələrdəki  sakinləri və turistləri  sulayıblar. 

L.Tağıyeva

 





29.06.2026    çap et  çap et