525.Az

Fransada təyyarə qəzasında 11 nəfər həlak olub


 

Fransada təyyarə qəzasında 11 nəfər həlak olub<b style="color:red"></b>

Dünən günorta saatların da Nansidə, Tomblen şəhəri yaxınlığında təyyarə qəzası yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə göyərtədəki 11 nəfərin hamısı həlak olub.

Yerli polisin məlumatına görə, “Pilatus PC-6” markalı təyyarə Nansi-Essi aerodromundan havaya qalxdıqdan az sonra yerə şəhər küçələrinin birinə düşüb. Pilot, paraşütdən tullanma üzrə 5 instruktor və 5 tələbə qəzadan sağ çıxmayıb. 

Tomblen meri Erve Feron qəzanın hansı səbəblərdən baş verdiyinin hələlik məlum olmadığını, araşdırmalara başlandığını bildirib.

Qeyd edək ki, İsveçrənin “Pilatus Aircraft” firmasının konveyerindən çıxmış “Pilatus PC-6”nın istehsalı 2022-ci ildə dayandırılıb. Bu markalı təyyarə əvvəllər də qəzaya düşüb. Məsələn, 2013-cü ildə Belçikada, 2022-ci ildə isə CAR-dakı qəzalarda göyərtədə olanların hamısı həyatını itirmişdi.

L.Tağıyeva

 





29.06.2026    çap et  çap et