Pakistanın Sind əyalətinin Karaçi şəhərində hərbiləşdirilmiş təhlükəsizlik qüvvələrinin qərargahına silahlı hücum edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərargahı hədəf alan hücumda dörd nəfər iştirak edib. Onlar nəqliyyat vasitəsini obyektin xarici təhlükəsizlik baryerinə çırpdıqdan sonra təhlükəsizlik qüvvələri ilə atışmaya başlayıblar.
Silahlı toqquşmada üç təhlükəsizlik işçisi həyatını itirib, yaralanan bir nəfər isə xəstəxanaya aparılıb. Eləcə də hücum edənlərin dördü də zərərsizləşdirilib.
Polis ərazinin xüsusi təhlükəsizlik bölməsinin komandoları, terrorizmlə mübarizə bölmələri və hərbiləşdirilmiş təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən mühasirəyə alındığını açıqlayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
İbrahim Cəfərov
çap et