525.Az

ABŞ-də daşqınlar 4 nəfərin həyatına son qoyub


 

ABŞ-də daşqınlar 4 nəfərin həyatına son qoyub<b style="color:red"></b>

ABŞ-nin Kentukki və İndiana ştatlarında şiddətli yağışlar daşqınlara səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Kentukki ştatının Madison və Cekson qraflıqlarında dörd nəfər həyatını itirib. Ştatda 12 yol daşqınlar səbəbindən istifadəyə yararsız hala düşüb.

Daşqınlar altında qalanlar üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bullitt qraflığında isə sakinlərə təxliyə əmri verilib.

İbrahim Cəfərov

 





29.06.2026    çap et  çap et