525.Az

Çadda sərnişin gəmisi aşıb - 11 ölü


 

Çadda sərnişin gəmisi aşıb - <b style="color:red"> 11 ölü</b>

Çadın cənub-qərbindəki Çari çayında güclü külək səbəbindən sərnişin gəmisi aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində əksəriyyəti qadınlar və uşaqlar olmaqla on bir nəfər həlak olub.

Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, Çadda, xüsusilə yağışlı mövsümdə həddindən artıq yüklənmə, əlverişsiz hava şəraiti və zəif təhlükəsizlik tədbirləri səbəbindən su nəqliyyatında ölümcül qayıq qəzaları tez-tez baş verir.

İbrahim Cəfərov

 





29.06.2026    çap et  çap et