525.Az

Dünya bazarlarında neft yenidən bahalaşır


 

Dünya bazarlarında neft yenidən bahalaşır<b style="color:red"></b>

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 0,71% artaraq 1 barelə görə 72,5 ABŞ dolları təşkil edib.

525.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,08% artaraq 69,98 ABŞ dollarına bərabər olub.

 





29.06.2026    çap et  çap et