525.Az

Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq


 

Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq<b style="color:red"></b>

Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan  525.az-a verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilir.

 





29.06.2026    çap et  çap et