525.Az

Saatlıda 8 kq narkotik dövriyyədən çıxarılıb


 

Saatlıda 8 kq narkotik dövriyyədən çıxarılıb<b style="color:red"></b>

Saatlıda 8 kiloqram narkotik dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin 525.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.

Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 





29.06.2026    çap et  çap et