525.Az

Azad edilmiş ərazilərdə daha 73 mina, 329 PHS aşkarlanıb


 

Azad edilmiş ərazilərdə daha 73 mina, 329 PHS aşkarlanıb<b style="color:red"></b>

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (22.06.2026 – 28.06.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 525.az-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə 36 piyada əleyhinə mina, 37 tank əleyhinə mina, 329 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1696,11 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 





29.06.2026    çap et  çap et