Azərbaycanda yaşayan və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq istəyən xarici ölkə vətəndaşları üçün (abituriyentlər və onların valideynləri) iyulun 10-da “Açıq qapı” günü keçiriləcək.
UNEC-dən 525.az-a bildirilib ki, görüş zamanı iştirakçılara universitetdəki bakalavriat, magistratura (MS və MBA) və doktorantura səviyyələri üzrə təhsil imkanları, xarici vətəndaşlar üçün qəbul qaydaları, tələb olunan sənədlər, təhsil haqları, təqaüd imkanları və digər məsələlər barədə ətraflı məlumat veriləcək.
Həmçinin abituriyent və valideynləri maraqlandıran suallar cavablandırılacaq.
çap et