525.Az

MOK rəsmisi Anar Bağırov İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb


 

MOK rəsmisi Anar Bağırov İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb<b style="color:red"></b>

Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitələri (AOK) və İstanbul-2027 Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına start verilib.

525.az Milli Olimpiya Komitəsinə (MOK) istinadən xəbər verir ki, İstanbulda keçirilən seminarda Azərbaycanı MOK-un Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edir.

Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri üçün Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri ilə bağlı təqdimatlar keçiriləcək.

Bununla yanaşı, iştirakçılar yarış obyektləri və idmançı kəndləri ilə tanış olacaqlar.

 





29.06.2026    çap et  çap et