"2021-ci ildə ölkə üzrə orta internet sürəti 11,7 Mbit/s idisə, bu gün orta sürət 91,57 Mbit/s həddini keçib ki, bu, səkkiz dəfədən çox artım deməkdir. Ancaq internetin “boğulması” ilə bağlı şikayətlər səngimir.
“Ookla” tərəfindən təqdim edilən məlumatları araşdırdıqda görünür ki, son 4-5 ayda orta sürət göstəricisi ciddi durğunluq vəziyyətindədir. Ölkədə median sürət orta hesabla 91-92 Mbit/s aralığında ilişib qalıb, eyni evdə orta hesabla 5 nəfərin eyni vaxtda 3 fərqli cihaz vasitəsilə internet istifadəsi zamanı yaranan yükü anlamaq üçün sadə toplama əməlini bilmək kifayətdir"
:Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki,
smart saatları, qulaqcıqları, internetə bağlanmış digər məişət əşyalarını nəzərə almadan 3 müxtəlif platformanın gözlənilən keyfiyyətdə istifadəsi üçün minimal 162 Mbit/s sürət tələb olunur:
"Pik saatlar və şəbəkə dalğalanmaları da nəzərə alınarsa, praktik baxımdan tövsiyə olunan minimal internet paketi 250 Mbit/s olmalıdır. Azərbaycanda isə orta deyil, median sürət hələ ki 100 Mbit/s-nin altındadır. Əgər internet provayderlər qiymət siyasətlərinə dəyişiklik etməsələr və yüksəksürətli paketləri istehlakçı üçün daha əlçatan hala gətirməsələr ölkədə internet “boğulmaqda” davam edəcək".
Sevinc Qarayeva
çap et