525.Az

Pekində Çin-ABŞ xalqlararası mübadilələri əks etdirən sərgi açılıb


 

Pekində Çin-ABŞ xalqlararası mübadilələri əks etdirən sərgi açılıb<b style="color:red"></b>

Pekin şəhərində Çin və ABŞ xalqları arasında dostluq mübadiləsinə həsr olunmuş tematik sərgi açılıb.

525.az xəbər verir ki, sərgidə qızıl hasilatı alətləri, dəmir yolu dirəkləri, kənd təsərrüfatı alətləri, sənədlər, qəzetlər, tanınmış insanların şəxsi əşyaları, həmçinin Çin xalqının Yaponiya qarşı müqavimət müharibəsi dövrünə aid nişanlar da daxil olmaqla, 100 tarixi eksponat nümayiş etdirilir.

Ekspozisiya Çin diasporunun Amerika tarixində qoyduğu silinməz izlərə və onların tarixi töhfələrinə işıq salır.

Təşkilatçılar bildiriblər ki, əsas məqsəd Çin-ABŞ münasibətlərinin sağlam, sabit və davamlı inkişafı üçün xalqlar arasında qarşılıqlı anlaşma və etimadı gücləndirmək, həmçinin dostluq əlaqələrinin inkişafını  və möhkəmlənməsini təşviq etməkdir.

Pərvanə Sultanova

 





29.06.2026    çap et  çap et