525.Az

“ABŞ-la texniki görüş bu həftə keçirilməyəcək” - İran XİN


 

“ABŞ-la texniki görüş bu həftə keçirilməyəcək” -<b style="color:red"> İran XİN</b>

“Bu həftə Dohada ABŞ ilə İran arasında texniki məsləhətləşmələr keçirilməyəcək”.

525.az xəbər verir ki, bu barədə ABŞ ilə memorandumun həyata keçirilməsi üzrə danışıqlar qrupunun üzvü, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.

Onun sözlərinə görə, tərəflər hələ texniki danışıqların yeri və vaxtı barədə razılığa gələ bilməyiblər.  Bu məsələ ilə bağlı məsləhətləşmələr vasitəçi ölkələrin köməyi ilə davam edir.

Daha əvvəl "Axios" yazıb ki, ABŞ və İran rəsmiləri Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün iyunun 30-da Dohada məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Pərvanə Sultanova

 





29.06.2026    çap et  çap et