525.Az

Sabah Masallı və Astaranın bəzi kəndlərində qaz olmayacaq


 

Sabah Masallı və Astaranın bəzi kəndlərində qaz olmayacaq<b style="color:red"></b>

Sabah Masallı və Astara rayonlarının bəzi kəndlərində təbii qazın verilişi dayandırılacaq.

525.az-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Hişkədərə kəndinin, Astara rayonunun Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 





29.06.2026    çap et  çap et