525.Az

DMX-nin rəisi vətəndaşların müraciətlərini dinləyib


 

DMX-nin rəisi vətəndaşların müraciətlərini dinləyib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) qəbul qaydalarına uyğun olaraq vətəndaşlarla növbəti görüş təşkil olunub.

525.az-a bu barədə DMX-dən məlumat verilib.

Bildirilib ki, görüş xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən həyata keçirilib.

Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Xidmətin rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib.

Qeyd edək ki, görüş prosesində, həmçinin mentorluq proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayev də iştirak ediblər. Müsabiqə qaliblərinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb olunması davam etdirilir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasının təmin olunması məqsədilə təsis edilib.

 





29.06.2026    çap et  çap et