525.Az

Burkina-Faso Fransaya səfirliyini bağlamaq üçün bir həftə vaxt verib


 

Burkina-Faso Fransaya səfirliyini bağlamaq üçün bir həftə vaxt verib<b style="color:red"></b>

Fransa ilə diplomatik münasibətləri kəsən Burkina-Faso hökuməti Parisə paytaxt Uaqaduqudakı səfirliyini bağlamaq üçün bir həftə vaxt verib.

525.az xəbər verir ki, bu barədə Le Monde nəşri mənbələrə istinadən məlumat yayıb.

Fransa səfiri Afrika ölkəsini 2023-cü ilin yanvar ayında tərk edib, həmin vaxtdan bəri onun vəzifəsini müvəqqəti işlər vəkili yerinə yetirir. Diplomatik missiyada onunla birlikdə təxminən 20 nəfər, diplomatlarla bərabər inzibati heyət və təhlükəsizlik işçiləri çalışıb. Ötən müddət ərzində səfirlik “minimal xidmətlər” göstərməyə davam ediblər.

Qəzetin mənbələrinə görə, Burkina-Fasonun Fransa ilə diplomatik münasibətləri kəsmək qərarı Avropa Parlamentinin qətnaməsi ilə bağlıdır. Belə ki, iyunun 18-də AP Burkina-Fasoda “insan haqları və əsas azadlıqların boğulması”na dair qətnamə qəbul edib. Qətnamənin müəllifi, fransız millət vəkili və təqaüdçü general Kristof Qomart Avropa Parlamentində çıxış edərək Burkina-Fasoda "xunta rejiminin dramatik uğursuzluğa düçar olduğunu” bildirib.

Pərvanə Sultanova

 





29.06.2026    çap et  çap et