525.Az

"Xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir” - İqtisadçı


 

"Xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir” - <b style="color:red">İqtisadçı </b>

“Ölkədaxili turizmin daha rəqabətqabiliyyətli olması üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə, otel və istirahət mərkəzlərində qiymət siyasətinin daha balanslı qurulması, müxtəlif gəlir səviyyəsinə uyğun yerləşmə imkanlarının artırılması və xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir”.

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli söyləyib. Ekspert bildirib ki, regionlara nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, yeni turizm marşrutlarının yaradılması, ekoturizm, kənd turizmi və sağlamlıq turizmi kimi alternativ istiqamətlərin inkişaf etdirilməsi daxili turizmə marağı artıra bilər.

İqtisadçının fikrincə, mövsümi endirim kampaniyalarının təşkili, ailələr və tələbələr üçün güzəştli istirahət paketlərinin hazırlanması, onlayn rezervasiya imkanlarının genişləndirilməsi və turizm obyektlərində xidmət mədəniyyətinin yüksəldilməsi də mühüm əhəmiyyət daşıyır:

“Dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində turizm infrastrukturunun inkişaf etdirilməsi ölkədaxili turizmin daha əlçatan və cəlbedici olmasına şərait yaradacaq”.

Sevinc Qarayeva 
 

 





29.06.2026    çap et  çap et