525.Az

“İran-ABŞ görüşü sabah Dohada keçiriləcək” - Tramp


 

“İran-ABŞ görüşü sabah Dohada keçiriləcək” - <b style="color:red"> Tramp</b>

“İran ABŞ tərəfi ilə görüş keçirilməsi üçün müraciət edib və danışıqlar çərşənbə axşamı Dohada baş tutacaq”.

525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb.

"İran görüş istəyib. O sabah Dohada (Qətər) keçiriləcək", - Tramp bildirib.

Xatırladaq ki, bundan əvvəl İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu həftə Dohada ABŞ ilə İran arasında texniki görüşün keçirilməyəcəyini deyib.

Pərvanə Sultanova

 





29.06.2026    çap et  çap et