“Dünya təcrübəsində tələbələrin müəyyən hissəsinin təhsil müddətində proqramı tamamlaya bilməməsi normal sayılır. Azərbaycanda məzunluq faizinin bu qədər yüksək olmasının səbəbi, birinci növbədə, bizim ali təhsil sistemimizdə təhsilin keyfiyyətinin arzulanan səviyyədə olmamasıdır. Buna görə də bəzi universitetlərdən tələbələr rahatlıqla məzun ola bilirlər”.
Bu fikri 525.az-a təhsil ekspert Qoşqar Məhərrəmov deyib. Ekspertin sözlərinə görə, məzmun, təcrübə, praktika zəifdir və buna müvafiq olaraq qiymətləndirmə də zəifdir. Universitetdə məzmun zəif olduqda müəllimdən nə tələb oluna bilər ki? Orada sadəcə müəyyən 100 və ya 150 sual verilir və deyilir ki, bu sualların arasından sizə sual düşəcək. Onlar da sualları əzbərləyir, gəlir və cavab verir:
“Bu tip qiymətləndirmə sistemi var. Bilirsiniz ki, arzuolunmayan hallar xeyli azalıb, artıq qiymətləndirmədə Sovet dövrünün qalıqlarında olduğu kimi, 90-cı illərdə olduğu kimi vəziyyətlər yoxdur. Amma yenə də bu qiymətləndirmə sistemi doğru deyil”.
Sevinc Qarayeva
çap et