525.Az

“Qəbələ” ilk transferini reallaşdırıb


 

“Qəbələ” ilk transferini reallaşdırıb<b style="color:red"></b>

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

525.az-a klubdan verilən məlumata görə, Premyer Liqa təmsilçisi kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabena ilə 1+1 illik müqavilə bağlayıb.

27 yaşlı futbolçu son olaraq Maltanın “Floriana” klubunda çıxış edib. O, buna qədər “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera”, “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.

 





29.06.2026    çap et  çap et