525.Az

Azərbaycan Rusiyadan mal əti idxalını kəskin artırıb


 

Azərbaycan Rusiyadan mal əti idxalını kəskin artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 17,4 milyon ABŞ dolları dəyərində 4 min 412 ton iribuynuzlu heyvan əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 10,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 74 % çox) 2 min 158 ton (+45 %), Braziliyadan 3,5 milyon ABŞ dolları dəyərində (+33 %) 1 min 491 ton (+78 %), Belarusdan 1,6 milyon ABŞ dolları dəyərində (-13 %) 340 ton (-18 %), Hindistandan 1,1 milyon ABŞ dolları dəyərində (-11 %) 319 ton (-21 %), Rusiyadan 231 min ABŞ dolları dəyərində (+88 %) 72 ton (+5 dəfə) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 13 min 150 ton mal ətinin 53 %-i Ukraynanın, 26,4 %-i Braziliyanın payına düşüb.

 





29.06.2026    çap et  çap et