525.Az

"Zirə"nin növbəti rəqibi bilindi


 

"Zirə"nin növbəti rəqibi bilindi<b style="color:red"></b>

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.

525.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq. Matç iyunun 30-da Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, "Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə uduzub. Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu “Navbahor”la da üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub. 

Xatırladaq ki, "Zirə" bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

 





29.06.2026    çap et  çap et