525.Az

Venesuelada yenidən zəlzələ oldu


 

Venesuelada yenidən <b style="color:red"> zəlzələ oldu</b>

Venesuelada yenidən zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ Karaballeda şəhərindən 27 kilometr şimalda baş verib. Karib dənizində 10 kilometr dərinlikdə qeyd alınan yeraltı təkanlar 4.6 bal gücündə olub.

Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez zəlzələdən sonra hələlik heç bir dağıntı qeydə alınmadığını bildirib.

Xatırladaq ki, ötən həftə Venesuelada 39 saniyə aralığında 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib. Təbii ki, fəlakət nəticəsində ölənlərin sayı 1450-yə çatıb.

İbrahim Cəfərov

 





30.06.2026    çap et  çap et