Avropaya təsir edən isti dalğası səbəbindən Polşada temperatur 40,5 dərəcə selsiyə çatıb.
525.az “TVP World”a istinadən xəbər verir ki, bununla da 1921-ci ildə qeydə alınan 40.2 dərəcə selsi rekordu qırılıb və tempratur son 105 ildə ölkədə ən yüksək həddə çatıb.
Polşa Meteorologiya və Su İdarəetmə İnstitutu (IMGW) istilərin davam edəcəyini açıqlayıb. Bildirilib ki, tempraturun 42 dərəcəyə qədər artacağı gözlənilir.
İstilik dalğasının həftənin ortalarından etibarən ölkənin şimal-qərbində başlayaraq tədricən azalacağı, gələn həftənin sonuna qədər ölkə daxilində daha sərin hava şəraitinin hökm sürəcəyi ehtimal edilir.
İbrahim Cəfərov
çap et