525.Az

Rusiyada ağır yol qəzası -  5 avtomobil toqquşdu


 

Rusiyada ağır yol qəzası - <b style="color:red"> 5 avtomobil toqquşdu</b>

Novosibirsk vilayətində 4 yük, 1 minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında olub.

"İrtış" avtomagistralının Koçenyovsk rayonu ərazisindən keçən hissəsində yaşanan olayda 3 nəfər həyatını itirib. Onlardan ikisi yük avtomobillərinin sürücüləri, biri isə sərnişin olub.

Qeyd edək ki, qəzaya səbəb qoşqulu "Scania Р340" markalı yük avtomobilinin dönmə əməliyyatını yerinə yetirərkən qarşı yola çıxması olub.

L.Tağıyeva

 





30.06.2026    çap et  çap et