525.Az

Belarusda rekord isti qeydə alınıb


 

Belarusda rekord isti qeydə alınıb<b style="color:red"></b>

Dünən Belarus ərazisində rekord - 40,4 dərəcə isti qeydə alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Maksimal temperatur yerli vaxtla 14.00-14.20 aralığında Brest yaxınlığındakı Pinsk yaxınlığında müşahidə olunub. Buna kimi ölkə ərazisində maksimal temperatur 2010-cu il avqustun 8-də Qomeldə qeydə alınmışdı. Həmin vaxt termometrin göstəricisi 38,9 dərəcədə dayanmışdı.

Qeyd edək ki, anomal istilər üzündən ölkə ərazisində qırmızı təhlükə elan olunub.

L.Tağıyeva

 





30.06.2026    çap et  çap et