525.Az

“Gələcəyimizi xəyallarla deyil, bazarın real tələbləri ilə qurmalıyıq” - Təhsil eksperti


 

“Gələcəyimizi xəyallarla deyil, bazarın real tələbləri ilə qurmalıyıq” - <b style="color:red">Təhsil eksperti</b>

“Bu gün minlərlə ailə böyük fədakarlıqlarla, büdcəsini çətinliyə salaraq övladını universitetə hazırlayır. Amma acı reallıq budur ki, 4 illik nəzəri təhsildən sonra gənclər əmək bazarının tələblərinə cavab verə bilmirlər. Nəticədə rəfdə toz basan diplomlar və xidmət sahələrində işləmək məcburiyyətində qalan bir gənclik yetişir. Bu, gənclərin günahı deyil! Dövr dəyişir, artıq işəgötürənlərə quru diplom yox, real bacarıq, rəqəmsal savadlılıq və praktiki peşə vərdişləri lazımdır”.

Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ekspert bildirib ki,  gəncləri diplomlu işsiz olmaqdan xilas etməyin yeganə yolu dövlətimizin son illər önəm verdiyi müasir peşə təhsili və rəqəmsal sahələrə yönəlməkdir:

“Gələcəyimizi xəyallarla deyil, bazarın real tələbləri ilə qurmalıyıq”.

Sevinc Qarayeva

 





30.06.2026    çap et  çap et