525.Az

Bu il 81 min nəfərə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin edilib


 

Bu il 81 min nəfərə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin edilib<b style="color:red"></b>

2026-cı ilin yanvar-may ayları ərzində 81 053 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə 525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onlardan 18 932-si pensiya, 54 961-i müavinət və 7 160-ı təqaüd təyinatıdır.

 





30.06.2026    çap et  çap et