525.Az

“Nizamişünaslıq” jurnalının dahi şairin 885 illiyinə həsr olunan nömrəsi


 

“Nizamişünaslıq” jurnalının dahi şairin 885 illiyinə həsr olunan nömrəsi<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” beynəlxalq jurnalının sayca 14-cü nömrəsi çapdan çıxıb.

Jurnalın bu buraxılışı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr olunub.

Jurnalda tədqiqatçılarda böyük maraq doğuracağı gözlənilən “Nizami Gəncəvi–885: Azərbaycan Prezidentinin bəşəriyyətə təqdim etdiyi Nizami Gəncəvi nizamı”, “Gəncəli Nizami və türk utopiyası”, “The History and Ethnographic Characteristics of Ganja Cuisine in the Light of Nizami Ganjavi’s Works” (“Nizami Gəncəvinin əsərləri işığında Gəncə mətbəxinin tarixi və etnoqrafik xüsusiyyətləri”), “Nizamî Gencevî’nin Mahzenü’l-Esrâr’ı”, “Nizami Gəncəvi ilə başlayan xəmsəçilik ənənəsi və Əlişir Nəvai”, “Nizami Gəncəvi poeziyasının təhriflənmiş nümunələri: Daneşname-ye Qədərxan kontekstində”, “Nizami Gəncəvi ədəbi məktəbi və Şərq ədəbiyyatında “Xəmsə” ənənəsi”, , “Nizami və Məhsəti poeziyasında irfançılıq ənənəsi”, “Məcnun obrazi ərəbdilli mənbələrdə”, “Nizami Gəncəvi ənənələri kontekstində Əlişir Nəvai ilə Azərbaycan ədəbiyyatı arasında mədəni və poetik inteqrasiya”, “Nizami Gəncəvi irsinin Şərq və Qərb ənənələri kontekstində araşdırılma tarixi”, “Nəvizadə Ətayinin divan poeziyası Nizami Gəncəvi ənənəsi fonunda”, “Şamaxı ədəbi mühiti və Nizami irsi”, “J.C Bürgelin gözü ilə “Yeddi gözəl”: mədəniyyətlərarası oxunuş”, “Cultural and Intercultural Dimensions of Nizami Ganjavi’s Heritage in Modern Foreign Language Education” (“Nizami Gəncəvi irsinin müasir xarici dil təhsilində mədəni və mədəniyyətlərarası ölçüləri”), “Nizami Gəncəvi irsinin Şərq və Qərb ənənələri kontekstində araşdırılma tarixi”, “Nizami Gəncəvinin poetik irsi”, “Müəllim hazırlığının təkmilləşdirilməsində strukturlaşdırılmış təlim yanaşmaları: Nizami Gəncəvi irsi əsasında”, “Nizami Gəncəvinin gözü ilə insan, vicdan və zaman” adlı məqalələr Azərbaycan, türk və ingilis dillərində nəşr edilib.

Beynəlxalq tərkibli redaksiyaya malik, ildə iki dəfə çap edilən “Nizamişünaslıq” öz səhifələrində, eləcə də AMEA-nın rəsmi saytındakı elektron resursunda Azərbaycan, türk, özbək, fars, ərəb, ingilis, rus və digər dillərdə məqalələrə yer verir.

Qeyd edək ki, “Nizamişünaslıq” jurnalı Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN), Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartları ilə nəşr olunmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına daxildir.

Zakir Muradov,

Gəncə

 





30.06.2026    çap et  çap et