525.Az

Göyçayda maşın su kanalına aşıb, dalğıc qrupu axtarışlara cəlb olunub - FHN


 

Göyçayda maşın su kanalına aşıb, dalğıc qrupu axtarışlara cəlb olunub - <b style="color:red"> FHN</b>

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

525.az-a nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək. 

 





30.06.2026    çap et  çap et