Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
525.az xəbər verir ki, onlar hərtərəfli strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini müzakirə ediblər.
"Rusiya prezidentinin may ayında Qazaxıstana dövlət səfəri zamanı əldə edilən razılaşmalara uyğun olaraq, iki lider Rusiya-Qazaxıstan münasibətlərinin, o cümlədən hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin davamlı inkişafını müzakirə ediblər”, - Kremlin açıqlamasında deyilir.
Bundan əlavə, söhbət ticarət, iqtisadi və enerji sektorlarında qarşılıqlı faydalı ikitərəfli layihələrin həyata keçirilməsinə yönəlib. Telefon danışığı zamanı Tokayev Brüsselə rəsmi səfəri ilə bağlı təəssüratlarını da bölüşüb.
Pərvanə Sultanova
çap et