“Dohada ABŞ və İran rəsmiləri arasında yüksək səviyyəli danışıqlar planlaşdırılmır”.
525.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
O deyib ki, Dohada iki ölkənin yüksək səviyyəli görüşləri planlaşdırılmır, lakin tərəflər arasında müxtəlif formatlarda texniki danışıqlar davam edir.
XİN rəsmisi qeyd edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Qətər paytaxtına səfəri İranla birbaşa danışıqları nəzərdə tutmur.
Diplomat, həmçinin bildirib ki, İranın dondurulmamış aktivlərindən 6 milyard dollar hələlik Tehrana köçürülməyib.
Daha əvvəl Ağ Ev Uitkoffun Dohaya səfər etdiyini və ABŞ-İran danışıqlarının 30 iyunda keçiriləcəyini açıqlayıb. Lakin ardınca İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqayi bildirib ki, Tehran yaxın günlərdə Qətərdə ABŞ ilə heç bir əlaqə qurmağı planlaşdırmır.
Pərvanə Sultanova
çap et