525.Az

Maliyyə Nazirliyində yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib


 

Maliyyə Nazirliyində yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib<b style="color:red"></b>

Bu gün Maliyyə Nazirliyində qurumun yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

525.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Nazirliyin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov nəticəəsaslı büdcə mexanizminin tətbiqi istiqamətində həyata keçirilən islahatlar, proqram və nəticə əsaslı büdcələşmə sahəsində görülən işlər, yeni sektorların islahatlara cəlb olunması, habelə bu sahədə perspektiv inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.

O, bildirib ki, nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirilməsi məqsədilə proqram və tədbirlər üzrə hədəf və nəticə göstəricilərinin müəyyən edilməsi, büdcə planlarının hazırlanması və monitorinqinin həyata keçirilməsi, yeni sektorların islahatlara cəlb olunması, həmin sektorlarda büdcə təşkilatları üçün təlimlərin təşkili, eləcə də metodoloji dəstəyin göstərilməsi istiqamətində işlər davam etdirilir.

Görüş zamanı nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirilməsi, yeni sektorların islahatlara cəlb olunması, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə görüləcək növbəti tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

İctimai şuranın sədri İnqilab Əhmədovun və digər şura üzvlərinin təklifləri dinlənilib, nəticəəsaslı büdcə islahatlarının uğurla davam etdirilməsi və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

 





30.06.2026    çap et  çap et