525.Az

Bugünkü hərracda dövlət əmlakı olan daha 28 nəqliyyat vasitəsi satılıb


 

Bugünkü hərracda dövlət əmlakı olan daha 28 nəqliyyat vasitəsi satılıb<b style="color:red"></b>

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən hərracda 28 nəqliyyat vasitəsi satılıb.

525.az-a ƏMDX-dən bildirilib ki, hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, iyul ay üzrə hərraclar 7, 14, 21 və 28-i tarixlərində keçiriləcək. Bu hərraclara 147 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb.

 





30.06.2026    çap et  çap et