525.Az

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq


 

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq<b style="color:red"></b>

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 1-i saat 10:00-dan işlər başa çatanadək Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“Azəriqaz”dan 525.az-a verilən məlumata görə, fasilə Nizami rayonunun Keşlə qəsəbəsini, Sabunçu rayonunun isə Maştağa qəsəbəsini, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası yaşayış massivlərini əhatə edəcək.

 





30.06.2026    çap et  çap et