Venesuelada dağıdıcı zəlzələ nəticəsində dağıntılar altında qalan 3 yaşlı körpə 6 gün sonra sağ tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin səlahiyyətlərini icra edən Delsi Rodriges sosial şəbəkə hesabında paylaşım edib.
Kliber Moran adlı oğlanı dünən La-Quayra ştatında İordaniyadan olan xilasedicilər dağıntılar altından çıxarıb.
Qeyd edək ki, ağır vəziyyətdə olan körpə xəstəxanaya yerləşdirilib, həkimlərin sayəsində həyati təhlükə aradan qalxıb.
L.Tağıyeva
çap et