525.Az

Pakistanda təhsil mərkəzinin tavanı uçub - 14 şagird həlak olub


 

Pakistanda təhsil mərkəzinin tavanı uçub - <b style="color:red"> 14 şagird həlak olub</b>

Pakistanın Lahor şəhərində təhsil mərkəzinin tavanı uçub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə baş verən zaman mərkəzdə 35-40 şagird olub.

Onlardan bir çoxu dağıntılar altından xilas edilsə də, xəstəxanaya aparılan 19 şagirddən 14-ü həlak olub. Həyatını itirən şagirdlər 7-12 yaş arasında olub.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Ən azı 7 şagirdin hələ də dağıntılar altında olduğu güman edilir.

Hadisə ilə bağlı başlanan istintaqda təhsil mərkəzinin sahibi də daxil olmaqla 2 nəfər saxlanılıb.

İbrahim Cəfərov

 





01.07.2026    çap et  çap et