525.Az

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir


 

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,23% azalaraq 3 989 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 3,07% azalaraq 58,08 ABŞ dolları təşkil edib.

 





01.07.2026    çap et  çap et