525.Az

Avropada qazın qiyməti iyunda 6,2 faiz ucuzlaşıb


 

Avropada qazın qiyməti iyunda 6,2 faiz ucuzlaşıb<b style="color:red"></b>

Avropada təbii qazın orta birja qiyməti iyun ayında may ayı ilə müqayisədə 6,2% azalaraq hər min kubmetr üçün 535,3 ABŞ dolları təşkil edib.

Bu barədə 525.az Londonun ICE birjasının məlumatlarına əsasən məlumat verir.

Məlumata görə, Avropanın ən böyük qaz habı olan Niderlanddakı TTF indeksi üzrə ən yaxın fyuçerslərin orta hesablaşma qiyməti hər min kubmetr üçün 535,3 dollar olub.

İyunun əvvəlində qaz kotirovkaları maksimum 613,4 dollaradək yüksəlib. Ən aşağı qiymət isə 25 iyun tarixində – 470,8 dollar səviyyəsində qeydə alınıb. Qiymətlərin enməsi Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı xəbərlər, həmçinin 18 iyun tarixində ABŞ və İran arasında Yaxın Şərqdə münaqişənin başa çatdırılması ilə bağlı memorandumun imzalanmasından sonra sürətlənib.

 





01.07.2026    çap et  çap et