525.Az

"Qarabağ" bu gün Avstriyada iki oyuna çıxacaq


 

"Qarabağ" bu gün Avstriyada iki oyuna çıxacaq<b style="color:red"></b>

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək.

525.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qurban Qurbanovun komandası 2-ci matçında "Ferentsvaroş"la qarşılaşacaq. Macarıstan klubu ilə görüş saat 19:30-da start götürəcək. 

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda yerli "Tirol" klubuna 4 cavabsız qolla qalib gəlib.

 





01.07.2026    çap et  çap et