525.Az

Venesuelada zəlzələ qurbanlarının sayı 2 minə çatdı


 

Venesuelada zəlzələ qurbanlarının sayı 2 minə çatdı<b style="color:red"></b>

Ötən həftə Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində 1943 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriges bildirib.

Dünən axşama olan məlumata görə, 10571 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Xilasedicilər 6461 nəfəri xilas edib. Təxmini 13500 nəfər isə dağıntılar altından sərbəst və ya yaxınlarının köməyi ilə çıxıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,3 və 7,5 bal gücündə iki ardıcıl zəlzələ ciddi dağıntılara səbəb olub.

L.Tağıyeva

 





01.07.2026    çap et  çap et