525.Az

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı genişləndirir


 

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı genişləndirir<b style="color:red"></b>

Özbəkistanın Buxara Beynəlxalq Universitetinin rektoru Şarif Baratov Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan 525.az-a bildirilib ki, görüşdə rektor Elçin Babayev Azərbaycan–Özbəkistan universitetləri arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. Bildirib ki, birgə elmi tədqiqatlar və akademik mübadilə proqramları ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Rektor son illər BDU-nun Özbəkistanın aparıcı təhsil müəssisələri ilə əlaqələrini genişləndirdiyini və qarşılıqlı əməkdaşlıqda mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb.

Görüşdə iki universitet arasında imzalanmış əməkdaşlıq müqaviləsi üzrə görülən işlərin cari vəziyyəti, elm, təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Hər iki universitet arasında beynəlmiləlləşmə, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili müzakirə edilib. Görüşdə yeni tədris ilindən psixologiya və pedaqogika ixtisasları üzrə müəllim-tələbə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.

 





01.07.2026    çap et  çap et