525.Az

Uyğunsuzluq aşkarlanan pambıq toxumu partiyası məhv edilib


 

Uyğunsuzluq aşkarlanan pambıq toxumu partiyası məhv edilib<b style="color:red"></b>

“Fructus Aqropark” MMC tərəfindən pambıq toxumlarının idxalı məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə idxal karantin icazəsinin alınması üçün müraciət edilib.

525.az-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müraciət qanunvericiliyin tələblərinə uyğun olaraq icraata götürülüb, idxal karantin icazəsi rəsmiləşdirilib və məhsuldan götürülmüş nümunələr karantin ekspertizası məqsədilə laborator müayinələrə cəlb olunub.

Müayinələrin nəticələrinə əsasən, məhsul partiyasında qanunvericiliyin tələblərinə uyğun olmayan göstəricilər müəyyən edilib. Aşkarlanmış uyğunsuzluqla əlaqədar fitosanitar nəzarətində olan və karantin obyekti hesab edilən bitki və bitkiçilik məhsullarının geri qaytarılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, sözügedən məhsul partiyası Salyan rayonunun Yenikənd kəndində ayrılmış xüsusi sahədə zərərsizləşdirilərək məhv edilib.

 





01.07.2026    çap et  çap et