525.Az

"Hörmüzün minalardan təmizlənməsi iki ay çəkə bilər" -  İtaliya MN


 

"Hörmüzün minalardan təmizlənməsi iki ay çəkə bilər" - <b style="color:red"> İtaliya MN</b>

“Hörmüz boğazında onlarla mina yerləşdirilib, onların təmizlənməsi təxminən iki ay çəkəcək”.

525.az xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin Baş Qərargahının Birləşmiş Qüvvələr Əməliyyatları Komandanlığının Covanni Maria Yannuççi deyib.

O bildirib ki, hesablamalara əsasən, Hörmüz boğazında onlarla minanın olduğu təxmin edilir. 

“İstifadə olunan yeni nəsil minaların növü onların zərərsizləşdirilməsi üçün xüsusi avadanlıq və hazırlıq tələb edir. Bu imkanlar isə bütün ölkələrdə mövcud deyil. Hörmüz boğazının minalardan təmizlənməsi üzrə çoxtərəfli missiyanın perspektivi bu prosesə Avropadan kənar və regional tərəfdaşların da cəlb edilməsinə imkan verəcək", –o əlavə edib.

Hərbçi bildirib ki, hazırda İtaliyanın minaaxtaran hərbi gəmiləri Cibutidə yerləşir.

İtaliya daha əvvəl yalnız hərbi əməliyyatların tamamilə dayandırılması və sülhün bərqərar olmasından sonra mümkün missiyanın bir hissəsi olaraq iki ixtisaslaşmış gəmi göndərməyə hazır olduğunu bildirib. 

Beynəlxalq missiya məsələsi Avropa səviyyəsində müzakirə olunur. 

Pərvanə Sultanova

 





01.07.2026    çap et  çap et