525.Az

Paşinyanla Mişustin arasında telefon danışığı 


 

Paşinyanla Mişustin arasında telefon danışığı <b style="color:red"></b>

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışıb. 

525.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

"Hökumət başçıları Rusiya-Ermənistan ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər", - açıqlamada deyilir.

Pərvanə Sultanova

 





01.07.2026    çap et  çap et